Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:20

Cəbhə xəttində monitorinq keçiriləcək


Oktyabrın 22-də cəbhə xəttində monitorinq keçiriləcək. ATƏT nümayəndələri Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı təmas xəttində monitorinq aparacaqlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrji Aberle və Piter Ki keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Caslan Nurtazin və Vladimir Çontulov keçirəcəklər.
XS
SM
MD
LG