Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 05:38

ABŞ İranı nüvə proqramıyla bağlı planı qəbul etməyə çağırıb


Birləşmiş Ştatlar İranı onun nüvə proqramı ətrafında yaranmış vəziyyətin həlliylə bağlı planı təcili həyata keçirməyə çağırıb.

Beynəlxaq Atom Enerjisi Agentliyi İran, Birləşmiş Ştatlar, Rusiya və Fransaya Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı layihə təqdim edib.

Planda İranın nüvə proqramı üçün yüksək zənginləşdirilmiş uranın İranda yox Rusiya və Fransada istehsal olunması nəzərdə tutulur.

Beynəlxalq aləm hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.
XS
SM
MD
LG