Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:39

Şəhidlər Xiyabanında daha bir aksiya


Oktyabrın 21-də Azərbaycan Niderland Jurnalistika Məktəbi Məzunlarının Şəbəkəsi (AzNAN) Şəhidlər Xiyabanında aksiya keçirib. Aksiyaya şəbəkədən on nəfərə yaxın üzv qatılmaqla Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidənin önünə qərənfil dəstəsi qoyub. Şəbəkənin sədri Aynur Elgünəş deyir ki, onların dinc aksiyasına polis müdaxilə etməyib.

«Sadəcə polis soruşdu ki, çəkiliş olacaq ya, yox. Biləndə ki, çəkiliş olmayacaq bizə mane olmadılar».

Aynur Elgünəş deyir ki, aksiyanı keçirməkdə məqsəd türk şəhidlərinin abidəsi yanından Türkiyə bayrağının yığışdırılmasına etirazdır.

Şəhidlər Xiyabanında şəhid türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin ətrafındakı Türkiyə və Azərbaycan bayraqları oktyabrın 15-də yığışdırılıb.


XS
SM
MD
LG