Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:08

Əfqanıstanda məntəqə sədrləri dəyişdirilir


Əfqanıstanda prezident seçkilərinin ikinci turundan əvvəl seçki məntəqələrinin yarıdan çoxunun sədri dəyişdiriləcək. Bu addım səsvermənin nəticələrinin saxtalaşdırılmasının qarşısının alınması üçün atılır.

Bu barədə BMT rəsmisi məlumat verib.

Oktyabrən 20-də Əfqanıstan prezidenti Həmid Kərzayi seçkilərin ikinci turuna razılıq verib.

Əfqanıstanda şikayətləri araşdıran xüsusi komissiya avqustun 20-də keçirilən seçkilərdə kütləvi saxtakarlıq olduğunu təsdiqləyib.

İkinci tur noyabrın 7-də keçiriləcək. Həmid Kərzayinin əsas rəqibi keçmiş Xarici İşlər naziri Abdulla Abdulladır.




XS
SM
MD
LG