Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

İranla danışıqlar davam edir


İranla dünyanın güc dövlətləri arasında danışıqlar davam edir. Oktyabrın 20-də Vyanada mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar dayanmışdı. Tehran Fransa nümayəndəsinin iştirakına etiraz etmiş, Parisi əvvəlki razılaşmaya riayət etməməkdə ittiham etmişdi.

Bununla belə BMT nüvə rəsmisi Məhəmməd Əl Baradeyi danışıqların uğursuz olması məlumatını təkzib edib. Etiraf edib ki, danışıqlar gözlənildiyindən yavaş gedir.

Vyana görüşündə İrana xaricdən nüvə yanacağının gətirilməsi müzakirə olunur.

Qərb İranın uranı zənginləşdirməyi dayandırmasını istəyir.
XS
SM
MD
LG