Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:49

Baş prokuror üçün məhdudiyyət qaldırıldı


Milli Məclis «Prokurorluq haqqında» Qanuna əlavə və dəyişiklikləri qəbul edib. Sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib.

Ə.Hüseynov sənədin parlamentə prezidentin qanunvericilik təşəbbüsü ilə göndərildiyini bildirib. Dəyişikliklərlə respublika prokurorluğunun, hərbi prokurorun və Naxçıvan prokurorunun səlahiyyət müddətləri üçün məhdudiyyətlər aradan qaldırılıb.

Prokurorluq orqanlarında çalışanların sosial müdafiəsinin gücləndirilməsi də qəbul edilən əlavələr sırasındadır.
XS
SM
MD
LG