Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Separatçı regiona “beynəlxalq göz və qulaq” lazımdır


ABŞ-ın yüksək səviyyəli rəsmisi bildirir ki, Rusiya keçəın ili avqustunda Gürcüstanla müharibədən sonra əldə olunan atəşkəs razılığına əməl etmir. Ona görə də separatçı Abxaziya və Cənubi Osetiya regionlarında beynəlxalq müşahidəçilər olmalıdır.

Gürcüstanda səfərdə olan ABŞ-ın Müdafiə nazirinin yardımçısı Aleksander Verşbov bu gün Tbilisidə jurnalistlərlə görüşdə deyib ki, Rusiyanın nəzarətində olan həmin separatçı regionlarda “beynəlxalq göz və qulaq” lazımdır.

Separatçılarla təmas xəttində Avropa Birliyinin müşahidəçiləri yerləşdirilib. Amma Rusiya Abxaziya və Cənubi Osetiyanın özündə müşahidəçi yerləşdirməyə imkan vermir.
XS
SM
MD
LG