Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:36

Partlayışı törədən qrup Pakistandadır


İranın İnqilab Qvardiyasına hücum edən qrup Pakistanda yerləşir. İranın Xarici İşlər naziri Manuçöhr Mottaki oktyabrın 20-də belə deyib.

Mottaki qrupun adını çəkməsə də, bildirib ki, üzvləri İranla Pakistan sərhədində tez-tez zorakılıqlar törədir, İrana hücumlar edir.

Bazar günü İranın İnqilab Qvardiyası korpusuna hücum olub, 42 nəfər ölüb, onlarla adam yaralanıb.

İran mətbuatı bu gün intiharçı hücumunda ölənlərin 15-nin İnqilabi Qvardiyadan olduğunu deyib.

Partlayışa görə məsuliyyəti yerli sünni qruplaşması - «Cundallah» öz üzərinə götürüb.

İran rəsmiləri hücuma görə ABŞ, Britaniyanı terrorçularla əlaqədə günahlandırıb.

XS
SM
MD
LG