Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Həmid Kərzayi «ikinci tura» hörmət edəcək


Əfqanıstan prezidenti Həmid Kərzayi konstitusion prosesə «tamamilə hörmət» edəcəyini bildirib, hətta bu ikinci turun keçirilməsi anlamını versə belə.

BMT Baş katibinin sözçüsü deyib ki, bu səhər Ban Ki Mun prezident Kərzayi ilə danışıb.

Okrtyabrın 19-da BMT-nin dəstəklədiyi işçi qrup bildirib ki, avqustun 20-də keçirilən seçkilər zamanı Kərzayiyə verilən səslərin bir qismi ləğv edilməlidir. Bununla belə Əfqanıstanın Seçki Şikayətləri Komissiyası dəqiq nəticələri açıqlamayıb.

Bu arada ABŞ-da yerləşən Beynəlxalq Demokratiya təşkilatı Kərzayiyə verilən 1 milyona yaxın səsin etibarsız olduğunu və onun 48 faizdən bir qədər artıq səs topladığını deyib.

Kərzayinin rəqibi, sabiq XİN Abdulla Abdulla isə təşkilatın hesablamasına görə 31,5 faiz toplayıb.
XS
SM
MD
LG