Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:19

Almaniyanın səhiyyə nazirliyi Türkiyə armudunda qadağan olunmuş maddə tapıb


Almaniyanın səhiyyə nazirliyi xəbərdarlıq edib ki, Türkiyədən gələn armudda zəhərli maddə normadan artıqdır.
Almaniya bu xəbərdarlığı Avropa həyəcan sisteminə salıb.
Almaniyanın səhiyyə nazirliyi bildirir ki, Amitraz adlı pestisid armudun hər kilosunda 0,01 milliqram ola bilər, ancaq Türkiyə armudunda bu, 15,7 milliqrama çatıb.
Amitraz Almaniyada bir neçə il bundan qabaq qadağan olunub, Avropa Birliyi Amitrazı keçən il qadağan eləyib.
XS
SM
MD
LG