Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:13

Yük maşınları sərhəddə qalıb


Oktyabrın 17-dən ərzaq daşıyan yük maşınları Rusiyadan Azərbaycana keçə bilmir. 3 gündür Yalama sərhəd keçid məntəqəsində növbə gözləyən yük maşınlarından birinin sürücüsü Hacı Novruzov deyir ki, Azərbaycan sərhədində yaranan problemin nəylə bağlı olduğu açıqlanmır:

- Rusiya gömrük və sərhəd postlarını problemsiz keçmişik. Ancaq Azərbaycan sərhədində bizi qəbul eləmirlər. Heç bir səbəb də göstərmirlər. Artıq 3 gündür ki, sərhəd məntəqəsindəyik. Yükümüz əsasən süd məhsulları və digər ərzaqlardır. Onların saxlama müddəti çox az olduğundan korlanmaq təhlükəsi yaranıb. Nə edəcəyimizi bilmirik.

Sərhəddə gözləyən maşınların çoxu şəxsidir. Sürücülər deyirlər ki, onlar müxtəlif firmaların sifarişi ilə Dağıstandan Azərbaycana yeyinti məhsulları daşıyırlar. Sürücülər onu da bildirirlər ki, təxminən 1 aya yaxındır gömrük məntəqələrini keçmək çətinləşib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi Cəbrayıl Əliyev Yalama məntəqəsində hər hansı problemdən xəbərsiz olduqlarını deyir. DSX problemin gömrük xidməti ilə əlaqədar olduğunu bildirir. Dövlət Gömrük Komitəsindən isə səbəbləri aydınlaşdırmaq mümkün olmayıb.
XS
SM
MD
LG