Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Oktyabr, Cümə, Bakı vaxtı 13:48

İranda törədilmiş partlayışda azı 30 adam ölüb


İranın cənub-şərqində törədilmiş partlayışda İnqilab Qvardiyasının komandirləri də daxil olmaqla təxminən 30 adam ölüb.

İran mətbuatının məlumatına görə quru qoşunlarının komandanı general Nurəli Şuştari də ölənlərin arasındadır.

İRNA agentliyinin məlumatına görə İnqilab Qvardiyasının rəsmiləri Pişin şəhərində yerli qəbilə liderlərilə görüş keçirərkən intiharçı özünü partladıb.

Bu hücuma görə cavabdehliyi Sistan-Bəlucistan əyalətində fəaliyyət göstərən “Jundallah” (Allahın Əsgərləri) adlı sünni qurup üzərinə götürüb.

Bu əyalətdə əsasən azlıqda olan sünni bəluclar yaşayır.
XS
SM
MD
LG