Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:34

Moskvanın "hava hücumundan" müdafiə planı


Moskva, 2008-ci ilin yanvarı
Moskva, 2008-ci ilin yanvarı
Moskva meri Lujkovun yeni planına görə, qışda şəhərə həddindən artıq qar yağmasın deyə qar buludları hərbi aviasiyanın köməyi ilə dağıdılacaq. Bu da şəhərə qarı təmizləməyə xərclədiyi pullara qənaət etmək imkanı verəcək.

Moskva şəhərinin Kommunal işlər departamentinin müdiri Andrey Çubinin sözlərinə görə, bütün qış fəsli boyu buludların dağıdılmasına cəmi 180 milyon rubl xərcləməyi nəzərdə tutublar. Çubin iddia edir ki, buludların Moskvaya çatmadan xüsusi kimyəvi qarışıqların köməyi ilə aviasiyadan istifadə edilərək dağıdılması isə həm də Moskvaətrafı regiona xeyri olacaq. Yağıntılar Moskvaya yox, həmin ərazilərə düşəcək, deməli Moskvaətrafı bölgənin su problemi də həll olunacaq.

Ancaq Moskvaətrafı regionlarda bu planın əleyhinə olanlar da var. Onlar həddindən artıq yağıntı və qarın regiondakı kənd təsərrüfatına ziyan verəcəyini iddia edir.

Moskva şəhər duması qısa müddət ərzində Lujkovun yeni planını təsdiqləyib. Ancaq, hərbi hava qüvvələrinin təyyarələrinin hansı hallarda havaya qalxacağı məsələsi hələ açıq qalır.

Çubin ildə bir neçə dəfə təyyarələrin köməyinə ehtiyacları olacağını desə də, hansı miqyaslı yağıntılardan söhbət gedəcəyini deməyib. Şəhər rəhbərliyi qarın təmizlənməsi və infrastrukturun bərpası işlərinə də ildə nə qədər pul xərcləndiyini açıqlamır.

Moskva şəhərinin büdcəsi 39 milyard dollar olsa da, ötən il büdcədən 3 dəfə çox pul xərclənib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG