Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08

Ermənistan Türkiyənin Avropa Birliyinə üzv olmasını istəyir


Ermənistanın baş naziri Tiqran Sarkisyan
Ermənistanın baş naziri Tiqran Sarkisyan
Ankarayla Yerevan arasında protokolların imzalanmasından bir həftə sonra, oktyuabrın 17-də Ermənistan Baş naziri Tigran Sarkisyan İnterfax agentliyinə verdiyi müsahibədə deyib ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü onların da xeyrinə olacaq. Bu üzdən onlar indi Türkiyənin AB-yə üzlüyünü dəstəkləyirlər.

Ermənistanın baş naziri bildirir ki, ptokollara görə Türkiyəylə sərhədlər də açılacağından, Ermənistanda Avropa Birliyi ilə Türkiyə vasitəsi ilə daha yaxın münasibətlər qura bilər. Sarkisyan deyib ki, müasir dünyada sərhədlərin bağlı olması ölkələrin iqtisadi inkişafındakı ən böyük maneələrdən biridir.

Bundan öncə, protokolların imzalanmasından sonra Avropa Birliyi Ermənistana ümumilikdə 100 milyon avro yardım edəcəyini açıqlamışdı. Avropa Komissiyasının yaydığı məlkumata görə, bunun 35 milyon dolları yardım, 65 faizi isə güzəştli kredit şəklində olacaq.
XS
SM
MD
LG