Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 21:02

Salyan susuz qalıb


Artıq 10 gündür ki, Salyan şəhərinə (Bakıdan 150 km. cənubda) su gəlmir. Turan Agentliyinin xəbərinə görə, suyun verilməsi elektrik olmadığına görə mümkün olmayıb. Elektrik təchizatı isə rayon Su Təchizatı İdarəsinin Şirvan bölgəsi üzrə enerji idarəsinə olan borcuna görə dayandırılıb. Bu barədə Turana yerli “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emil Məmmədov bildirib. Onun sözlərinə görə, hətta rayon icra hakimiyyəti enerji idarəsi əməkdaşlarına təsir göstərmək gücündə olmayıb.
XS
SM
MD
LG