Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov oktyabrın 16-da Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyənin “STAR TV” telekanalının yaydığı məlumata görə, bir saatdan çox davam edən görüşdən sonra Həşimov şərh verməkdən imtina edib. AzadlıqRadiosunun səfirliklə əlqə saxlamaq cəhdləri isə nəticə verməyib.
Türkiyədə siyasi ekspertlər hesab edirlər ki, səfirin XİN-ə çağırılmasının bir neçə səbəbi ola bilər. Səbəblərdən biri oktyabrın 21-də Türkiyə XİN rəhbəri Ahmet Davutoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya səfəri ola bilər.
Digər bir səbəb Ankaranın Bursada Ermənistan və Türkiyə yığmaları arasında futbol matçına Azərbaycan bayrağının buraxılmaması ilə bağlı izahatı ola bilərdi.
Daha bir səbəb Bakıda Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirə lövhəsindən Türkiyə bayraqlarının çıxarılması ola bilərdi.
Oktyabrın 15-də Türkiyənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmış və Türkiyə-Ertmənistan oyununda stadiona Azərbaycan bayraqlarının buraxılmamasına etiraz bildirilmişdi.