Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:46

Kosovoyla Makedoniya sərhəd problemini həll etdilər


Kosovoyla Makedoniya bir neçə aydır ki, davam edən danışıqlardan sonra sərhəddəki mübahisəli ərazilərin təyin edilməsilə bağlı razılaşma imzalayıblar.

Makedoniya Kosovonun müstəqilliyini tanısa da bu mübahisəyə görə onunla diplomatik münasibətlər qurmurdu.

Priştinada imzalanmış bu razılaşmaya dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi baxılır.

Kosovo hökuməti bəyan edib ki, razılaşma regional əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə aparacaq.

Əvvəllər Serbiyanın tərkibində olan Kosovo 2008-ci ilin fevralında müstəqillik qazandı və bunun ardınca onu 62 dövlət tanıdı.
XS
SM
MD
LG