Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:10

Talibançılara qarşı irimiqyaslı əmlıiyyat başlanıb


Pakistan ordusu Cənubi Vəziristanda talibançılara qarşı irimiqyaslı əməliyyata başlayıb.

Bundan əvvəl artileriya və hərbi hava qüvvələri yaraqlıların mövqelərini bombalayıb.

Məlumatlara görə quru əməliyyatına 30 mindən artıq əsgər və zabit cəlb olunub.

Kəşfiyyatın məlumatına görə talibançıların sayı isə 10 mindi.

Talibançıların İslamabad və Peşəvar da daxil olmaqla ölkədə törətdikləri son terror aktlarında 160-dan çox adam ölüb.
XS
SM
MD
LG