Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:52

Türkiyənin İsrail üçün şərti var


Türkiyə bildirib ki, İsraillə münasibətlərin tam normallaşması üçün Qəzzada “humanitar fəlakətə” son qoyulması və Yaxın Şərqdə sülh prosesinin başlanması əsasdır.

Bu gün Ankarada jurnalistlərlə söhbətdə Xarici İşlər naziri Ahmet Davutoğlu Türkiyənin getdikcə daha çox İsrail əleyhdarı olması barədə fikirləri inkar edib.

Bu iki ölkə arasında münasibətlər bu ilin əvvəlində Ankaranın İsraili Qəzzada apardığı hərbi əməliyyatları kəskin tənqid edəndən sonra korlanıb. Keçən həftə Türkiyə İsrailin planlaşdırılan birgə hərbi təlimdə iştirakına razılıq verməyib.
XS
SM
MD
LG