Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Hava şarında göyə qalxan 6 yaşlı uşaq sağ tapıldı


ABŞ-da Kolorado Ştatının polisi bildirib ki, evdə düzəldilmiş bir hava şarında göyə qalxmış altı yaşlı oğlan uşağı sağ-salamat tapılıb.

Bu balaca uşaq evlərində hava şarının qutusunda girib orada gizlənib.

Dünən hava şarı qəflətən havaya qalxandan sonra polis uşağı axtarmağa başlamışdı.

Şar bütün Kolorado boyunca uçandan sonra yerə düşüb. Hadisə yerinə gələn xilasedicilər uşağın və şarın zənbilinin olmadığını aşkar ediblər.

Daha sonra uşaq evlərindəki qarajın çardağında tapılıb. O etdiyi hərəkətə görə, valideyinləri tərəfindən cəzalandırılacağından qorxaraq orada gizlənibmiş.
XS
SM
MD
LG