Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Narkotik vasitələrin keçirilməsinə kömək etmiş sərhədçilərə hökm oxunub


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirmək istəyən İran vətəndaşlarına köməklik göstərmiş Azərbaycan sərhədçilərinə hökm oxunub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonunda yerləşən hərbi qulluqçuları - Şəhriyar Xəlilov, Nahid Cəbrayılov, Tehran Əliyev, Xalid Tofiqzadə, Ruslan Aydınlı, Cavanşir Bayramov və Səyavuş Bədəlov 2008-ci ilin yanvar-avqust ayları ərzində İran vətəndaşlarının Azərbaycan ərazisinə narkotik vasitələri keçirmələrini təşkil ediblər.

İran vətəndaşları Fərrux Əhmədinin və Mahmud Əhmədinin Azərbaycana narkotik vasitəni keçirmələrinə şərait yaratdıqlarına görə, hər dəfə onlardan 1000-1500 dollar civarında rüşvət alıblar.

Ötən il avqustun 29-dan 30-na keçən gecə Dövlət Sərhəd Xidməti ilə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İran vətəndaşları ilə yanaşı adları çəkilən sərhədçilər də həbs olunub.

Məhkəmənin hökmü ilə sərhədçilər 9 ildən 11 ilədək azadlıqdan məhrum olunublar.
XS
SM
MD
LG