Keçid linkləri

Təcili xəbərlər
2023, 02 İyun, Cümə, Bakı vaxtı 00:01

Dəniz Baykaldan Azərbaycana dəstək


Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına dair imzalanan protokolların Türkiyə Böyük Millət Məclisində təsdiqini önləmək məqsədilə bu ölkəyə yollanan azərbaycanlı millət vəkillərinə Cümhiriyyət Xalq Partiyasından tam dəstək gəldi.

Partiyanın rəhbəri Dəniz Baykal Azərbaycan parlamentinin üzvləri ilə görüşündə deyib ki, Böyük Millət Məclisi Azərbaycan torpaqları işğaldan azad edilməyincə protokolları təsdiqləməyəcək və bir partiya olaraq onlar bunun üçün əllərindən gələni edəcəklər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Nizami Cəfərov deyib ki, onlar Türkiyə-Ermənistan sərhədinin açılmasının əleyhinə deyillər, amma bundan qabaq Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.

Baykal deyib ki, Türkiyə ilə Azərbaycan işbirliyi Qafqazda sabitliyin təməlidir.
XS
SM
MD
LG