Bakıda Rusiya və Azərbaycan komandaları arasında keçirilən futbol qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Hesabı ilk yarıda ruslar açıb. İkinci hissədə isə Vaqif Cavadov uzaq məsafədən vurduğu zərbə ilə Rusiya yığmasının qapıçısını məyus edib. Top qapıçının qarşısında yerə dəyərək qapıya girib. Cavadovun bundan bir neçə dəqiqə qabaq uzaq məsafədən vurduğu zərbə isə qapı tirinə dəyib. Oyunun axırına 10 dəqiqə qalmış Azərbaycanın qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini qapıçı Kamran Ağayev qaytarıb.
Bununla Azərbaycan komandası qrupda xallarını 5-ə çatdırıb.
Bununla Azərbaycan komandası qrupda xallarını 5-ə çatdırıb.