Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:02

Fransada da varislik?


Jan Sarkozi
Jan Sarkozi
Fransanın Sorbonna Universitetinin 23 yaşlı tələbəsi Parisin Defans rayonunun rəhbəri təyin oluna bilər. Ancaq bu ehtimal etiraz və istehzaya səbəb olub.

«The İndependent» qəzetinin yazdığına görə, etirazçılar hüquq fakültəsinin 2-ci kurs tələbəsinin bu vəzifəni tutması üçün yalnız bir səbəbin olduğunu deyirlər - tələbənin adı Jan Sarkozidir və o ölkə prezidentinin oğludur.

Kiçik Sarkozi artıq atasının təmsil olunduğu «Xalq Hərəkatı Uğrunda İttifaq» Partiyasının və Fransanın ən nüfuzlu departamenti O-de-Senin Şura üzvüdür. Nəzəri cəhətdən, Jan Sarkozi Defans rayonunun rəhbəri postuna ən real namizəddir.

Bu perspektiv Fransada qəzəb və hiddət doğurub. Prezidentliyə sabiq namizəd Fransua Bayru bəyan edib ki, «Sarkozi klanı» Fransanı Roma İmperiyası dövrünə qaytarır - o zaman imperator Kaliqula öz atını konsul təyin etmişdi. Digərləri isə Fransanın «berluskonizasiyası» və «banan respublikası»na layiq siyasi davranışından bəhs edirlər.

Jurnalist Kristof Qrebe internetdə hətta etiraz bəyannaməsini yerləşdirib. Sənədə artıq 8 min adam imza atıb. Bəyannamədə belə yazılıb:

«Bu cür quruma rəhbər olmaq təcrübə və səriştə tələb edir. Jan Sarkozi, biz səni əvvəlcə hüquq təhsilini bitirib bir neçə vəzifədə çalışmağa çağırırıq. Yalnız bundan sonra, kim bilir, atanın əvvəlki vəzifəsini də icra edə bilərsən».

Fransa prezidenti Nikolya Sarkozi vaxtilə Parisin Defans rayonunun rəhbəri olub. Bu rayonun rəhbəri vəzifəsinə namizədi Fransa prezidenti irəli sürür. Sonra isə Defans rayon Şurası namizədi vəzifəyə təsdiq edir.

Ümumiyyətlə isə, Fransada bələdiyyə seçkiləri proporsional qaydada partiya siyahısı üzrə keçirilir. Qalib partiyanın namizədi rəhbər vəzifəsini yerinə yetirmək üçün Şurada mütləq səs çoxluğunu qazanmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG