Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:45

«Telekanallarla bağlı müzakirələrdə qalmaqal»


YENİ MÜSAVAT:

Telekanallarla bağlı müzakirələrdə qalmaqal. MTRŞ sədri Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdi. MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə bildirdi ki, son vaxtlar yerli telekanallarda yaranan vəziyyətlə əlaqədar tamaşaçıların bir qismi xarici televiziyalara baxmağa üstünluk verir:

«Televiziyaların əsas problemləri peşəkarlığın olmaması, bayağılıq, şounun üstünlük təşkil etməsi, xarici məhsulların çoxluğudur. Yerli telefilmlər və cizgi filmləri çəkməli və bunlar televiziyalara satılmalıdır».

Mir Şahin Ağayev: «Televiziyanı bilməyən adamlar televiziyadan danışırlar».

Sabir Rüstəmxanlı-Vaqif Mustafayev dartışması:

«Mən «Space» ni kanal saymıram» - «Subyektiv incikliyinizi burda dilə gətirməyin».
Novella Cəfəroğlu: «ANS müstəqil deyil»
Mir Şahin Ağayev: «Bir telekanal nə qədər alınıb-satılar?».

YENİ AZƏRBAYCAN:


«Azərbaycanın efir məkanında xarici televiziya və radio yayımı ilə bağlı məsələ gündəlikdən çıxmalıdır». Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, Azərbaycan qanunvericiliyi milli tezlikdə hər hansı xarici radio və televiziya yayımına imkan vermir: «Ona görə də, bu məsələni bitmiş hesab edirəm».

AZADLIQ:


«Respublika»nın baş redaktorundan Mehdiyevə mesaj. Teymur Əhmədov «boz kardinal»ın qəzeti bağlamasına işarə vurdu.

«Respublika» qəzetinin baş redaktoru Teymur Əhmədov maraqlı açıqlama verib. Bildirib ki, gözəgörünməz qüvvələr qəzetin bağlanmasında maraqlıdır. Amma heç kim cəsarət edib «Respublika»nın nəşrini dayandıra bilməz.

Xatırladaq ki, Nazirlər Kabinetinin mətbu orqanı olan «Respublika» qəzeti oktyabrın 7-dən dərcini dayandırıb. Rəsmi açıqlamalara görə, səbəb qəzetin «Azərbaycan» Nəşriyyatına külli miqdarda borclu olmasıdır.

BİZİM YOL:


«Seyfəli faciəsi»nin şok detalları açıqlandı. Orxan Səfərov hərbçiləri Mustafa Sayfulovun «başını sidiklə islatmışam» deməsinə görə güllələyib.

Seyfəli poliqonunda üç nəfəri öldürüb, bir nəfəri yaralayan Azərbaycan ordusunun kiçik cavuşu Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi noyabrın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə başlayır. Dörd hərbi qulluqçunu xüsusi amansızlıqla qətlə yetirməkdə, bir nəfərə isə ağır bədən xəsarəti yetirən Orxan Səfərovun cinayət işini əldə etmişik. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Orxan Səfərov elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bölük komandiri şəxsi heyyəti bir yerə toplayaraq, onların hər birinə 11 ədəd parton verib. Onun sözlərinə görə, patronlar paylanandan sonra söhbəti çürütməyə başlayıb:

«Sayfulova üzümü tutaraq, yalan deyənin var-yoxuna söydüm və belə hadisənin olub-olmadığını soruşdum. O, isə «hə» deyə cavab verdi və əsgərlərin yanına getdi. Mən isə bölük komandirinin şəxsi heyyətdən təxminən 15 metr aralıda olduğunu gördüm və istifadəm üçün verilmiş avtomat silahı atəş vəziyyətinə gətirdim. Əsgərlərin yanında oturmuş Sayfulovun iki metrliyində dayanaraq, onu öldürmək məqsədilə atəş açdım. Atəş açarkən, əsgər Ravil Ataşovun ağzından qan gəldiyini gördüm və özümü itirdim. Daha sonra atəşi dayandıraraq, tabor komandirinin yana getdim və hadisə barədə ona danışdım».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG