Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:34

Obama Əfqanıstanla bağlı vəziyyəti müzakirə edir


Barak Obama oktyabrın 14-də yenidən Əfqanıstan və Pakistanla bağlı strategiyanı müzakirə edəcək. Onun administrasiyasının yüksək səviyyəli rəsmiləri ilə görüşəcəyi gözlənilir.

Oktyabrın 13-də ABŞ prezidenti bəyan edib ki, yaxın həftələrdə Əfqanıstanla bağlı qərar qəbul edəcək. Ağ Evdə danışan Obama Vaşinqtonun regionda əsas məqsədinin «Əl-Qaidə» və onun «ekstremist müttəfiqlərinin» məhv edilməsi olduğunu deyib.

ABŞ rəsmiləri bildirir ki, ilin sonuna qədər Əfqanıstana 68 minlik qoşun yeridilməsi gözlənilir.
XS
SM
MD
LG