Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:06

Amerika Rusiya ilə üz-göz olmaq istəmir


Hillari Klinton və Sergey Lavrov Moskvada görüşürlər, 13 oktyabr 2009
Hillari Klinton və Sergey Lavrov Moskvada görüşürlər, 13 oktyabr 2009
Moskvada mətbuat konfransında Hillari Klintonun dediklərindən müşahidəçilər belə nəticə çıxarırlar ki, raketlərdən müdafiə məsələsində Amerika ilə Rusiya bir nəticəyə gəliblər, İran məsələsində yox.

Amerikanın dövlət katibi Hillari Klinton raketlərdən müdafiə sistemində əməkdaşlığı müxtəlif şəkillərdə vurğulayıb. Hətta o, bunu «müştərək şirkət» adlandırıb.

Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun hətta raket məsələsində Klintonun optimist əhvalını bölüşdürdüyünü demək çətindir. Çünki o, deyib ki, Barak Obamanın Polşa və Çexiyada raketdən müdafiə sistemi qurmaq planından əl çəkməsini Rusiya yüksək qiymətləndirir, ancaq yeni Amerika planını Rusiya hələ öyrənməlidir.

Xatırladaq ki, Lavrov keçən həftə demişdi ki, yeni Amerika planı Rusiyaya daha böyük təhlükə ola bilər, nəinki əvvəlki plan.

Hillari Klintonun Moskva səfərinin əsas mövzusu İran olmalı idi. İran barədə isə Lavrov deyib:

«Sanksiyalar nadir hallarda nəticə verir. Ancaq elə hallar var ki, sanksiya qaçılmazdır. Bu elə hallardır ki, bütün siyasi və diplomatik metodlar tükənir. Ancaq İran ətrafında vəziyyət bundan hələ çox uzaqdır».

Lavrov mətbuat konfransında belə deyəndən sonra Klinton deyib ki, «biz bu gün heç nə xahiş etmədik».

Klintonun Rusiya səfəri ərəfəsində bir çox müçahidəçilər əmin idilər ki, Klinton Moskvada təkid edəcək ki, Rusiya İrana təzyiq eləsin.

Ancaq bu təzyiqə Rusiyanın razı olacağı müşahidəçilərdə şübhə doğururdu. Rusiyalı təhlilçi Andrey Piontkovski:

«Vaşinqton Medvedevin sanksiyaların mümkünlüyü haqda dediklərini böyük optimizmlə qarşılayır. Ancaq reallıqda heç nə dəyişməyib. Rusiya sankisyalara pis baxır».

Amerikanın Dövlət katibi və Rusiyanın xarici işlər naziri daha nələrdən danışıblar?

Klinton mətbuat konfransında Gürcüstan məsələsinə toxunub:

«Biz Gürcüstana görə Rusiya ilə göz-gözə dayanmayacağıq. Bizim yalnız fikir ayrılığımız var.
Ancaq biz aydın deyirik ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımırıq. Ancaq harda ümumi razılığımız var, biz orda Rusiya ilə birgə işləyəcəyik».

Klinton Amerikanın insan haqları problemlərini qaldırmaqdan da geri çəkilmədiyini bildirib:

«Biz Rusiyada vətəndaş cəmiyyətini narahat eləyən sualları, QHT-lər, qanunun aliliyi kimi məsələləri qaldıracağıq».

Sonda Klinton deyib ki, o, ümumiyyətlə Rusiya ilə Amerika arasında gərginliyin azalmasından çox məmnundur.
XS
SM
MD
LG