Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 20:03

«Taliban» «Əl-Qaidə»dən daha zəngindir

«Taliban» «Əl-Qaidə» terror şəbəkəsindən daha yaxşı maliyyələşdirilir.

ABŞ-ın Maliyyə Nazirliyinin rəsmisi Devid Koen bildirib ki, Əfqanıstanda ekstremistlər narkotik istehsalı və ixracından pul alır.

Onun fikrincə «Əl-Qaidə» hazırda öz təsirini itirir. Koenin sözlərinə görə bu ABŞ və onun müttəfiqlərinin səylərinin nəticəsidir ki, qruplaşmanın maliyyələşməsinin qarşısı alınıb.

«Əl-Qaidə» maliyyə çatışmazlığına görə bu ilin altı ayı ərzində 4 dəfə tərəfdarlarına yardım üçün müraciət etməyə məcbur olub.
XS
SM
MD
LG