Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:22

Türkmənistanın neft, qaz rəsmiləri işdən çıxarılıb


Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədov ölkənin əksər neft və qaz rəsmilərini işdən çıxarıb.

Prezident onların işinin qənaətbəxş olmadığını deyib.

İşdən uzaqlaşdırılanlar arasında «Türkmənneftqazstroy», «Türkmənneft» və «Türkmənqaz»ın rəhbərləri də var.

Berduməhhəmədov energetika rəsmilərini kənd və şəhərlərin qazla təchizatının gecikdirilməsinə, enerji xətlərinin keyfiyyətsiz tikintisinə və neft hasilatının artırılması üçün lazımi tədbirləri görmədiklərinə görə tənqid edib.
XS
SM
MD
LG