Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Sarkisyan Türkiyəylə münasibətlərə görə Rusiyaya təşəkkür edir


Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidentinin dəvətiylə Moskvaya səfərdədir. Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevlə görüşündə iqtisadi və hərbi-texniki əməkdaşlıq məsələlərinin və Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi gözlənilirdi.
Rusiya prezidentiylə görüşdə Ermənistan prezidenti Türkiyəylə imzalanan protokollara da toxunub.

Deyib ki, “Mən Rusiya rəhbərliyinə və şəxsən sizə Türkiyə Resopublikasıyla münasibətlərimizin inkişafında göstərdiyiniz dəstəyə görə təşəkkür etmək istəyirəm. Oktyabrın 10-da Sürixdə-protkolların imzalandığı mərasimdə Rusiya Xarici İşlər Nazirinin də olması Rusiyanın Cənubi Qafqazın təhlükəsizliyinə göstərdiyi diqqətin başqa bir nümunəsiydi”.
XS
SM
MD
LG