Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Çexiya Qazaxıstandan olan sələfiləri ölkədən çıxarır


Çexiya rəsmiləri ölkədən siyasi sığınacaq istəyən Qazaxıstan vətəndaşını deportasiya eləyib. AzadlıqRadiosunun Qazax xidmətinin məumatına görə, Çexiya sərhəd xidmətinin əməkdaşları 26 yaşlı Marqulan Muxambetovu təyyarəylə Alma-Ataya aparıb və orda Qazaxıstan sərhədçilərinə təhvil veriblər.
Muxambetov 2006-cı ildən bəri Çexiyada siyasi sığınacaq almağa cəhd eləyən 200 Qazaxıstan müsəlmanlarından biridir.
Sələfi təriqətinə məxsus olan bu qrup Qazaxıstana qayıadacaqları halda burda işgəncələrlə üzləşəcəklərini iddia edirdilər. eyni qrupdan olan digərləri də deportasiya ediləcəklərini gözləyirlər.

Çexiya isə bildirib ki, Qazaxıstanın ATƏT-in sədri olmağa bir ölkə kimi öz vətəndaşlarına dini etiqadına görə mühakimə edəcəyinə inanmırlar.
XS
SM
MD
LG