Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:13

Britaniya İran Milli Bankı və Gəmiçilik Şirkətinə sanksiya tətbiq eləyir


Britaniya hökuməti ölkənin bütün maliyyə qurumlarına iki İran dövlət şirkətiylə bütün əlaqələri kəsməsinə qərar verib. İran Milli Bankı və İran Gəmiçilik Şirkəti Tehranın nüvə proqramına dəstək verdiyi üçün sanksiyaya məruz alıb. Daha öncə bu şirkətlərə qarşı ABŞ da sanksiya tətbiq eləmişdi.

Qərb dövlətləri İranın nüvə silahı yaratmaq cəhdlərindən şübhələndiyi üçün sanksiyalar tətbiq edirlər.

İran prezidentinin sözçüsü Əli Əkbər Cavanfəxr isə Röytersə deyib ki, bu sanksiyalar İrana təsir etməyəcək.

XS
SM
MD
LG