Avropa Şurasının Baş Katibi Torbyörn Yaqland Ermənistanla Türkiyə arasında razılaşmaya dair bəyanat yayıb. Bəyanatda deyilir ki, bu razılaşma həm iki ölkə arasında barışığa gətirib çıxaracaq, həm də ümumumilikdə Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirəcək tarixi addımdır.
«Heç kəsin şübhəsi yoxdur ki, bu razılaşmaların tam şəkildə tətbiqi üçün zamana və tərəflərin davamlı öhdəliyinə ehtiyac var»- deyə bəyanatda bildirilir.
Baş Katib, həmçinin Avropa Şurasının Ermənistan və Türkiyə hökumətləri ilə tam əməkdaşlıq çərçivəsində bu prosesə dəstək verməyə hazır olduğunu da qeyd edir.