Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

İraqdakı partlayışlarda 19 nəfər ölüb


İraqın şimalındakı Anbar əyalətində törədilmiş üç partlayışda 19 nəfər ölüb, onlarla adamsa yaralanıb. Partlayışların hər üçü dünən Anbar əyalətinin paytaxtı Ramadidə, avtomobillərə quraşdırılmış partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verib.

Əyalət Şurasının üzvləri isə deyiblər ki, baş verən hadisə heç də əyalətdə təhlükəsizliklə bağlı vəziyyətin pisləşdiyini göstərmir.

İraqın Anbar vilayəti Əl Qaidə terror təşkilatının nüfuzu güclü olduğu yer kimi tanınır.

XS
SM
MD
LG