Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Pakistanda yaraqlılara qarşı əməliyyat qaçılmazdı


Cənubi Vəziristanda fəaliyyət göstərən yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyat qaçılmazdı.

Bunu Pakistanın daxili işlər naziri Rəhman Malik deyib.

Maliki qeyd edib ki, Ravalpindi şəhərində hərbi məntəqəyə edilmiş hücumun arxasında Talibanla Əl Qaidə durur.

Yaraqlılar dünən hərbi qərərgaha hücum edərək 39 adamı girov götürmüşdülər.

Xüsusi əməliyyat nəticəsində girovlar azad edilib, 10-dan çox əsgər və 10 yaraqlı ölüb.
XS
SM
MD
LG