Azərbaycan yeni növ «İstiqlal» snayper tüfənginin istehsalına başlayır. Yeni silah əvvəlkindən kalibr və çəkisinə görə fərqlənəcək.
Yeni tüfəngin 12.7 mm-lik kalibri, 15 kq çəkisi olacaq, quruluşu isə əvvəlkinə bənzəyəcək.
«İstiqlal» tüfəngi Azərbaycanın Silahlı Qüvvələri üçün istehsal olunacaq, ixraca da təklif olunacaq.
14.5 mm-lik İST-14.5 Anti-Material Rifl (İstiqlal) Azərbaycanın Müdafiə Sənayesi tərəfindən istehsal olunub və ilk dəfə İstanbulda aprel ayında İDEF 2009 sərgisində nümayiş olunub.
20 kq-lıq tüfəng nəqliyyat vasitəsinin üzərinə yerləşdirilir.
3 min metr məsafədə hədəfi məhv etmək qabiliyyəti olan «İstiqlal» -50 və + 50 dərəcə temperaturlarda istifadə oluna bilir. Yağışa, palçığa, qar və toza davamlıdır. Tüfəng iki hissəyə ayırmaqla çantada daşına bilər.