Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Rusiya futbol üzrə dunya çempionatına ev sahibi olmaq istəyir


Rusiya rəsmən 2018-ci ilin, ya da 2022-ci ilin futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmək üçün işə başladığını elan edib. Bu barədə Rusiyanın İdman naziri, həm də ölkənin Futbol Birliyinə rəhbərlik edən Vitali Mutko məlumat verib.

İndiyə qədər heç vaxt futbol üzrə dünya çempionatı Rusiyada keçirilməyib.

Gələn həftə Rusiyaya gedəcək FİFA-nın rəhbəri Sepp Blatter bu ölkənin namizədliyi barədə baş nazir Vladimir Putinlə müzakirə aparacaq, həmçinin də ölkənin futbol infrastrukturuna nəzər salacaq.

FİFA hər iki dünya çempionatının keçiriləcəyi şəhərin adını 2010-cu ilin dekabrında elan edəcək.
XS
SM
MD
LG