Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:54

NASA-nın raketi Aya çırpılıb


ABŞ-ın kosmik Agentliyi NASA-nın raketi planlaşdırılmış şəkildə Ayla toqquşub. Saatda 9 000 kilometr sürətlə hərəkət edən raketin ağırlığı 2.200 kiloqram olub.

Alimlər bununla ayda suyun olub-olmamasını aydınlaşdırmağa çalışırlar. Raketin ardınca da dərhal bir hava gəmisi buraxılıb. Plana görə gəmi Ayla toqquşan raketin yaratdığı toz-dumanı tədqiq edib şəkilləri yerə göndərən kimi özü də Aya çırpılıb məhv olub.

Alimlər əldə etdikləri yeni məlumatları öyrənirlər.

Alimlər suyun tapılmasının insanın ayı daha ətraflı öyrənməsinə imkan verə biləcəyini deyirlər.
XS
SM
MD
LG