Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 20:31

Qorxunc statistika


Azərbaycanda jurnalistikanın durumu "qorxunc" adlandırıldı
Media Hüququ İnstitutunun yaydığı son statistik məlumatda məhkəmə davalarının nəticələri bunu deməyə əsas verir.

Qurum bildirir ki, böhtan və təhqirlərlə əlaqədar son 3 gündə 4 jurnalistə yazılarına görə cinayət cəzası verilib, son 3 ayda isə 8 jurnalistə həbs və təzminat tələbləri irəli sürülüb.

Son 9 ayın nəticələrinə görə isə 24 jurnalistə həbs və böyük məbləğdə mənəvi zərər əvəzinin ödənilməsi tələbləri irəli sürülüb.

Media Huququ İnstitutu «qorxunc» adlandırdığı bu statistikanın genişlənməsinin qarşısını almaq ümidi ilə prezidentə, hökumət və parlament rəhbərlərinə, millət vəkillərinə, bu sahədə çalışan ictimai birliklərə yazılı müraciət göndərib. Qurum müraciətinə «Defamasiya (nüfuzun qorunması) haqqında» qanun layihəsi təklifini də ələvə edib.

Müraciətdə deyilir ki, «Nüfuzun qorunması ilə bağlı Azərbaycandan olan onlarla şikayət hazırda Avropa Məhkəməsində baxılmasını gözləyir. Yerli məhkəmələrimizin icraatında da onlarla belə işlər var. Təəssüf ki, məhkəmə praktikamız mübahisələrin demokratik toplumda zəruri olan standartların tətbiqi ilə çozülməsindən çox uzaqdır».

Media Hüququ İnstitutu müraciət edilənləri müzakirələrə və qanunun qəbul olunmasına dəstək verməyə dəvət edir.
XS
SM
MD
LG