Yazıçı Əlibala Hacızadə bu gecə 74 yaşında vəfat edib. Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu AzadlıqRadiosuna deyib ki, mərhumla rəsmi vida mərasimi keçirilməyəcək, onun cənazəsi bu gün saat 3-də evindən götürüləcək.
Mərhum “Qurd qapısı” qəbiristanlığında – həyat yoldaşının yanında dəfn olunacaq.
Ə.Hacızadə "Təyyarə kölgəsi", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Vəfalım mənim", "İtkin gəlin" kimi əsərlərin müəllifidir.