Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:23

Hillari Klinton Tatarıstana gəlir


Amerikanın dövlət katibi Hillari Klinton bu gündən Avropa səfərinə başlayır.

Dövlət katibi beş gün ərzində İsveçrədə, Böyük Britaniyada, İrlandiyada və Rusiyada olacaq.

Rusiyada Klinton Tatarıstan Respublikasına səfər edəcək, Kazan şəhərinə gedəcək.

Gözlənilir ki, Moskvadakı görüşlərində Klinton Amerika prezidenti Barak Obamanın Mərkəzi Avropada raketdən müdafiə sistemi yerləşdirmək barədə planını dəyişdirməsini, Rusiyanın Gürcüstana münasibəti, insan haqları məsələsini müzakirə edəcək.

Avropa turnesi çərçivəsində Klinton həm də Syurixdə, sərhədlərin açılması ilə bağlı Türkiyə və Ermənistan arasında protokolların imzalanması mərasimində də iştirak edəcək.

XS
SM
MD
LG