Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Müsəlmanlar niqaba qadağa istəyir


Kanadada yaşayan müsəlman icması Kanadada qadınların niqab və burka (burka hər tərəfdən qapalı qadın baş geyimi olub, taxan qadının qarşısını görə bilməsi üçün üz tərəfi qəfəsli, torbayaoxşar çadradır) geyməsinə qadağa qoymağa çağırıb. Kanada İslam Konqresindən Fərzanə Hasan deyib ki, belə geyimlər qadını təcrid edir, bu isə islamın qaydalarına ziddir.

Misirdə də müsəlmanların təmsil olunduğu hakimiyyət burkaya qadağa qoyan fərman imzalamışdı. Avropanın bir sıra ölkələrində, Fransada, İtaliyada, Danimarkada da son illər belə çağırışlar səsləndirilib.

XS
SM
MD
LG