Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:39

Mərkəzi Asiya liderləri MDB-nin sammitinə gəlməyəcək


Bu gün MDB ölkələrinin liderləri Moldovanın paytaxtı Kişinyovda toplantı keçirəcəklər. Təşkilata üzv olan beş Mərkəzi Asiya ölkəsindən dördünün prezidenti bu görüşə gəlmir. Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın prezidentləri sammitə gəlməkdən imtina ediblər, onlar görüşə daha aşağı rütbəli nümayədə göndərirlər. Ukraynanın da Rusiya ilə soyuq münasibətinə görə tədbirə gəlib-gəlməyəcəyi sual altındadır.

Azərbaycan prezidenti İlham Əliyev görüşdə iştirak edəcək.

MDB-nin sammitində 20 layihənin müzakirəsi gözlənilir, tədbirdə həm də təşkilatı necə inkişaf etdirmək məsələsi müzakirə olunacaq.

XS
SM
MD
LG