Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Kabildə 12 nəfər ölüb, 80-dən artıq yaralı var


Azı 12 nəfər bu səhər Kabildə baş verən partlayışda ölüb, 80-dən artıq yaralı var. Hadisə Hindistan səfirliyinin yaxınlığında baş verib.

Əfqanıstan prezidenti Həmid Kərzayinin ofisindən bildirilib ki, intiharçı hücumda xəsarət alanların əksəriyyəti dinc sakinlərdir.

Ötən ilin iyulunda Hindistan səfirliyində partlayış olub,
Talibanın minalanmış maşını partlatması nəticəsində iki hindli diplomat da daxil olmaqla 58 nəfər ölüb, daha 140 nəfərsə yaralanıb.

Əfqanıstanda zorakılıq ən pis səviyyəyə çatıb, əvvəllər təhlükəsiz hesab olunan ərazilərə indi Taliban hücumlar edir.

Bu il Qərb qüvvələri üçün də ən çox itki verdiyi il olub.
XS
SM
MD
LG