Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:37

NATO Rusiyanı Əfqanıstanda fəal olmağa çağırıb


NATO Rusiyanı Əfqanıstanda rolunu genişləndirməyə çağırıb - talibana qarşı döyüşən əfqan təhləsizlik qüvvələrinə təlim keçməklə və təchiz etməklə.

NATO baş katibi Anders Foq Rasmmusen oktyabrın 7-də deyib ki, müttəfiq ölkələrin Rusiya ilə ümumi maraqlarından biri də Əfqanıstandır: «Rusiya ərazisindən tranziti artıq təmin edib. Hesab edirəm bu tranzit razılaşması genişləndirilə bilər. Bu bir. İkincisi Rusiya Əfqanıstanın təhlükəsizlik qüvvələrini avadanlıqla təchiz edə bilər. Üçüncüsü Rusiya təlim keçə bilər».

Ramussen yenidən NATO-nun avropalı müttəfiqlərini Əfqanıstanla bağlı öhdəliklərini sürətləndirməyə çağırıb.

ABŞ Əfqanıstanda qoşunlarının sayını artırmaq niyyətindədir.
XS
SM
MD
LG