Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:45

Berluskoni indən belə məsuliyyətə cəlb oluna bilər


İtaliyanın Konstitusiya Məhkəməsi baş nazir Silvio Berluskoni və digər yüksək vəzifəli məmurları cinayət məsuliyyətindən qoruyan qanunu ləğv edib.

Berluskoninin hakimiyyətə gəlməsindən dərhal sonra qəbul edilmiş bu qanuna görə baş nazir, prezident və parlamentin hər iki palatasının sədrləri hakimiyyətdə olduqları dövrdə məsuliyyətə cəlb oluna bilməzdilər.

Berluskoni indi rüşvətə görə məsuliyyətə cəlb oluna bilər.
XS
SM
MD
LG