Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 02:06

Azadlıq Radiosu Abxaziya və Cənubi Osetiyaya yayıma başlayır


Azad Avropa və Azadlıq Radioları Korporasiyası noyabr ayından Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinə yayıma başlayacağı haqda məlumat yayıb.

60 dəqiqəlik proqram radionun Praqa ofisindən yayınlanacaq – proqramda radiounun Gürcüstandakı (o cümlədən Cənubi Osetiya və Abxaziyadakı), eləcə də Rusiyadakı müxbirləri çalışacaq.

Qısa dalğada yayınlanacaq proram rusca olacaq və hər gün axşam efirə gedəcək. Yayıma FM tezliyində də qulaq asmaq mümkün olacaq.

Verilişlə birgə “Qafqazın əks-sədası” adlı İnternet saytı da işə düşəcək.

Proqramın əsas məqsədi – xalqlar arasında barışıq və bölgədəki proseslər haqda müxtəlif baxışların ifadəsinə şərait yaratmaqdır.
XS
SM
MD
LG