Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:26

Obama Sarkisyana zəng edib


Barak Obama Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləməyə söz verib. Ağ Evin məlumatına görə oktyabrın 5-də ABŞ prezidenti Ermənistanlı həmkarı Serj Sarkisyana telefon söhbətində belə deyib.

Obama bir daha ABŞ-ın mövqeyini xatırladıb və bildirib ki, danışıqların hər hansı ilkin şərt və gecikdirilmə olmadan davam etməsini istəyir.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhədlər 1993-cü ildən bağlıdır.

İki ölkə arasında bu ay münasibətlərin normalaşmasına dair protokolun imzalana bilər. Sənədin qüvvəyə minməsi üçün onu iki ölkənin parlamenti də təsdiqləməlidir.
XS
SM
MD
LG