Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Əfqanıstan münaqişəsinin 8-ci ili tamam oldu


ABŞ prezidenti Barak Obamanın oktyabrın 7-də Əfqanıstan və Pakistanla bağlı vəziyyəti yenidən müzakirə edəcəyi gözlənilir. Bu dəfə müzakirə təhlükəsizlik rəsmiləri ilə aparılacaq.

Bu gün Əfqanıstan münaqişəsi 9-cu ilinə daxil olur.

ABŞ-ın rəhbərlik etdiyi qüvvələr 2001-ci ilin oktyabrın 7-dən Əfqanıstanda əməliyyatlara başlayıb. Bundan əvvəl sentyabrın 11-də ABŞ-a terror hücumu olmuşdu. Oğurlanmış təyyarələrin Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və ABŞ Müdafiə Nazirliyinin binasına çırpılması nəticəsində üç mindən çox adam həlak olub.

Terrorda Əl-Qaidə terror təşkilatı günahlandırılır.
XS
SM
MD
LG