Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 06:05

İcra hakimiyyəti sahibkarlara axşam saat 6-dək vaxt verib


Gəncə şəhər İcra Hakimiyyəti
Gəncə şəhər İcra Hakimiyyəti
Gəncə şəhər İcra Hakimiyyəti sahibkarlara oktyabrın 7-si axşam saat 6-dək vaxt verib. İcra hakimiyyəti mərkəzi küçələrdəki obyekt sahiblərindən həmin ərazilərin daş plitələrlə döşənməsi üçün pul tələb edir.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Gənclər Platforması təşkilatının Gəncə şöbəsinin üzvü, Kəpəz Bələdiyyəsinin üzvü Əfqan Məmmədov məlumat verib. Onun dediyinə görə, icra hakimiyyətinin əraziyə gələn nümayəndələri ilə polis əməkdaşları sahibkarları xəbərdar ediblər ki, tələb olunan vəsaiti ödəməsələr, obyektlərini oktyabrın 7-si axşam saat 6-da bağlayacaqlar.

Əfqan Məmmədov tələb olunan pulun bazar qiymətləri ilə uyğunlaşmadığını da deyir:

«Məcbur edirlər ki, daş plitələri bizdən almalısız və əraziyə döşətdirməlisiz. Hər kvadratmetrə görə də 25 manat istəyirlər, halbuki həmin daşın bazarda qiyməti 8 manatdır. Usta pulunu və digər materialları da nəzərə alsaq hər kvadratmetr 15 manata başa gəlir».

Əfqan Məmmədov polisin sahibkarların şikayətlərini nəzərə almadığını da deyir: «Polis deyir ki, get kimə şikayət edirsən et, onsuz da bu işin arxasında böyük adamlar var, xeyri olmayacaq».

Gəncə Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirməkdən imtina etdilər.
XS
SM
MD
LG